Pavel Paşayev millimizdə

pavel-pasayev-millimizde
Oxunma sayı: 1407


“Qafqazinfo”nun AFFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA adı çəkilən futbolçunun yığmamızda oynamasına icazə verib.

Xatırladaq ki, Paşayev daha öncə AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmişdi. Bununla əlaqədar assosiasiyanın sorğusuna cavab olaraq  Ukrayna Futbol Federasiyası bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət ünvanlamışdı ki, ali futbol qurumu da bu müraciəti müsbət cavablandırıb.