“Pay torpağı olanlara 190 manatın verilməməsi düzgün deyil” - Deputat

pay-torpagi-olanlara-190-manatin-verilmemesi-duzgun-deyil
Oxunma sayı: 5192

"İnsanlar bu gün torpaq yeyə bilməz".

“Qafqazinfo” xəbər verir ki, bunu plenar iclasda deputat Razi Nurullayev deyib. O bildirib ki, adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil:

“Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır”.

Murad Əhməd