Paytaxt klubu baş məşqçisini itirir

paytaxt-klubu-bas-mesqcisini-itirir
Oxunma sayı: 648

Azerisport.az xəbər verir ki, bu mövsümün əvvəlindən paytaxt klubunu çalışdıran Luis Enrike A Seriyasının mayın 13-də baş tutacaq son turu çərçivəsindəki “Cesena” ilə səfər matçından sonra komandadan ayrılacaq.

Bu barədə hələlik rəsmi açıqlama verilməsə də, ispaniyalı gənc mütəxəssis ötən gün baş tutan məşqdən sonra komandasını başına yığaraq gedəcəyinə dair qərarını hamıya çatdırıb, onlarla vidalaşıb. Onun bu istefası çoxları üçün gözlənilməz olub. Çünki həm rəhbərlik, həm də azarkeşlərin böyük əksəriyyəti onun komandada qalmasını istəyirdi.

Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında “Roma” bu mövsüm heç bir uğur qazana bilmədi və avrokuboklardan kənarda qaldı. Son tur ərəfəsində 53 xalla 7-ci pillədə qərarlaşan komandanın sükanı arxasına kimin gətiriləcəyi bəlli deyil.