“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, Buxarest meri kimi ikinci müddətə vəzifədə olan cənab Oprescu şəhərdə müqaviləni qazanmış şirkətlərdən pay götürməkdə günahlandırılır.
İttihamçılar iddia edir ki, o hər razılaşmadan 10 faiz özünə götürüb. Mer iddiaları rədd edir.
Bu, Rumıniyada davam edən korrupsiya skandallarından ən sonuncusudur.
Hakimiyyətdə olan Sosial Demokrat partiyasının dəstəklədiyi 63 yaşlı Sorin Oprescu ilkin 24 saat müddətinə həbs edilib.
İttihamçılar məhkəmədən istintaqın davam etdirilməsi üçün bu müddətin bir ay uzadılmasını istəyəcəklər.
Buna qədər Rumıniyada bir neçə yüksək rütbəli şəxs korrupsiya ittihamlarına görə vəzifəsini itirib.
Baş nazir Victor Ponta iyul ayında bir neçə korrupsiya maddəsiylə ittiham edilib, lakin o bütün ittihamları rədd edir.
Son xəbərlər
Son Xəbərlər