Bakı şəhərində piyadaların rahatlığı, təhlükəsizliyi və müyəssəriliyinin artırılması ilə bağlı işlər davam etdirilir.
Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd olunub ki, bu çərçivədə yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq İnşaatçılar prospektində əlçatanlıq səviyyəsi daha da artırılıb. Belə ki, “Statistika dairəsi” ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.
Məlumat üçün bildirək ki, ötən il ümumilikdə 25-dən artıq küçə və prospektdə pandus inşa edilib.
Son xəbərlər
Son Xəbərlər