Paytaxtda 63 yaşlı qadının meyiti aşkarlandı

paytaxtda-63-yasli-qadinin-meyiti-askarlandi
Oxunma sayı: 1431

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Musayeva Zərifə Əlimurad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.