Paytaxtda ev yanıb

paytaxtda-ev-yanib
Oxunma sayı: 1117

Bakıda yanğın olub. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan 4 otağın lambirdən ibarət tavanı 86 m2 sahədə əriyib.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.