Bakıda ictimai iaşənin dövriyyəsi azalıb.
“Qafqazinfo” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2020-ci ildə ictimai iaşə dövriyyəsi 2019-cu illə müqayisədə, real ifadədə 59,4 faiz azalaraq, 476,2 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 45,0 faiz azalaraq, 266,9 milyon manat olub.
Son xəbərlər
Son Xəbərlər