Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməcilik təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, iməciikdə hər iki qurumun əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 200 nəfərdən çox insan iştirak edib.
Bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülüb, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
İməcilikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağacları əkilib.
Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən iməcilik, küçə boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər