Paytaxtda piyada vuruldu

paytaxtda-piyada-vuruldu
Oxunma sayı: 1210

Bakıda piyadavurma hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində baş verib.

Məlumata görə, 1959-cu il təvəllüdlü Mehbalıyev Qələmdar yolu keçərkən avtomobil onu vurub. Xəsarət alan piyada sürücü tərəfindən dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Q.Mehbalıyevin kəllə-beyin travması aldığı, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.