“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AzVision.az-a verilən məlumata görə, hazırda Bakının 20 Yanvar dairəsi - Bakı-Sumqayıt şosesi istiqamətində, Binəqədi istiqamətində, Bakıxanov-İzmir küçələri və Koroğlu Rəhimov küçəsində sıxlıq müşahidə edilir.
Həmçinin, nəqliyyat vasitələri Ceyhun Hacıbəyli-Təbriz küçələri, Xətai və Azadlıq prospektlərində tıxac yaradıb.
Tıxacın miqyasının böyüməməsi üçün sürücülərdən alternativ yollardan istifadə etməsi xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər