ANS PRESS-in məlumatına görə, bunu Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib. O bildirib ki, əvvələr bu cür müəssisələr şəhərin ətraf rayonlarında yerləşirdi:
"Hazırda şəhərin böyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə köçürülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə tikintilər gedir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də cəzaçəkmə müəssisələri tikilir".
Mədət Quliyev məhbusların qida rasionundan
danışıb. O, bildirib ki, məhbuslara yüksək kalorili xüsusi rəsion verilir. "Diabet
və şəkər xəstələrinə xüsusi, onlara aid olan qida verilir. Keçən il biz ölkənin
tanınmış kulinarlarına müraciət etdik. Bizim aşbazların professional
hazılıqları yüksək səviyəyə çatdırıldı".
Mədət Quliyev eyni zamanda məhbuslar arasında
diabet, şəkər və vərəm xəstələrinin sayını da açıqlayıb. O bildirib ki, 492
nəfər şəkər diabet xəstəliyindən əziyyət çəkir:
"Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən
sözü güdən xəstələrə müalicəsi istiqamətində xüsusi xidmət göstərilir. Vərəm
xəstəliyinə tutulan məhbusların da müalicəsi istiqamətində işlər aparılır.
Bizdə bunun üçün müalicə müəssisəsi var. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Azərbaycanda
vərəm xəstəliyinin müalicəsinə dəstək göstərir. Bizdə bu məhbuslar arasında bu
xəstələrin sayı dünyanın digər ölkələri ilə müqayisədə çox deyil. Bu sahədə
işlər davamlı olaraq aparılır. Azərbaycanda məhbuslar arsında 329 vərəm xəstəsi
var".
Son xəbərlər
Son Xəbərlər