Paytaxtdan kriminal xəbərlər

paytaxtdan-kriminal-xeberler
Oxunma sayı: 1957


Aprelin 1-də əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Sakit Ağayev və İmişli rayon sakini Əsgər Mirzəyev Bakı şəhər sakini Azər Dadaşova məxsus, Binəqədi qəsəbəsi yeni yaşayış massivində yerləşən ehtiyyat hissələri mağazasının qarşısına yığılmış təkərləri oğurlamağa cəhd etdiklərinə görə Binəqədi RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulublar. Müəyyən edilib ki, onlar fevralın 5-nə keçən gecə, Stroydetal küçəsində yaşayan Ömər Kərimlinin evindən, pəncərədən keçmək yolu ilə  kombi və drel, fevralın 19-na keçən gecə, Bakı şəhər sakini Elmar Məmmədhəsənova məxsus Baksol yaşayış massivində yerləşən evindən, pəncərədən keçmək yolu ilə 19 ədəd istilik radiatoru oğurlayılar. 

Aprelin 2-nə keçən gecə, Ramana qəsəbəsi Şuşa şəhərciyi Malıbəyli kəndi 1 nömrəli orta məktəbdən, pəncərənin şüşəsini sındırmaqla 5 ədəd monitor və 13 ədəd prosessor oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəhim Tanrıverdiyev və Pərvin Çərkəzov tutulublar.

Fevralın 8-nə keçən gecə, Binəqədi rayonu F.Məlikov küçəsində Teyyub Əliyevə məxsus «VAZ-2107» markalı avtomobildən, şuşəni sındırmaq yolu ilə maqnitafon oğurlanıb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Eldar Balışov və Rasim Şükürov tutulublar. Onların üzərinə baxış keçirilərkən Rasim Şükürovun üzərindən 0,250 qr. heroin, Eldar Balışovdan 1.036 qram tiryək və onun idarə etdiyi «VAZ-2121» markalı avtomobilin yük yerindən isə 450 qram qurudulmuş marixuana götürülüb. Araşdırma zamanı onların Nizami rayonu ərazində bir neçə oğurluq törətdikləri müəyyən edilib. Belə ki, onlar fevralın 26-na keçən gecə, E.Süleymanov küçəsində Lalə Əmirovaya məxsus «Hyundai» markalı avtomobildən, şüşəni sındırmaq yolu ilə 200 manat, 4 ədəd ətir, fotoaparat, B.Nuriyev küçəsində Nəzakət Hüseynovaya məxsus «Hyundai» markalı avtomobilin saxlanc yerindən 50 manat, Nicat Hüseynova məxsus «Mitsubişhi» markalı avtomobildən videoreqistrator oğurlayıblar. 

Martın 28-də Bakı şəhər sakini Rövşən Məmmədova məxsus N.Yusifbəyli küçəsində yerləşən mağazadan, pəncərənin şüşəsini sındırmaq yolu ilə 220 manat, danışıq kartı və içki oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Niyazov tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlqar İmamverdiyev tutulub.