Paytaxtın kriminal gündəmi

paytaxtin-kriminal-gundemi
Oxunma sayı: 935




Səbail RPİ 8-ci PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Elvin Nəcəfov tutulub.

Martın 6-sı saat 20:30 radələrində Qala qəsəbəsində Zahid Muradovun qarın nahiyyəsindən bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Binə qəsəbə sakini Vasif Ağamalıyev Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb. 

Fevralın 24-nə keçən gecə İstiqlaliyyət küçəsində yerləşən Qərb Universitetinə məxsus kitabxanadan 3 ədəd kompyuter oğurlanıb. Səbail RPİ 9-cu PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Teymur Cəlilov, Murad Hüseynov və Əli Babazadə tutulublar. 

Martın 5-də Qədirli küçəsində yaşayan Ziya Eyvazova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Azər Əliyev Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.