Paytaxtın kriminalları

paytaxtin-kriminallari-
Oxunma sayı: 648

İyunun 27-də M. Qaşqay küçəsində Lənkəran şəhər sakini Cəbrayıl Kərimov Ordubad rayon sakini Etibar Məmmədovun mobil telefonunu zəng etmək adı ilə alıb qaçdığına görə Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanmış və aidiyyatı üzrə 21-ci PB-yə təhvil verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, iyunun 20-də Bakı şəhər sakini Növran Allahverdiyevin də içərsində pul və şəxsi sənədlər olan pul qabını oğurlayıb.

Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini Elmar Sadıqovdan 0,832 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı ondan «Makarov» tipli tapança, ona aid sandıqça və səs boğucusu götürülmüşdür.

Binəqədi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsi M.Abdin küçəsində Ağdaş rayon sakini İlqar Bəkirlidən 15 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.

Aprelin 24-ü saat 12 radələrində Şeyx Əli Tuti küçəsində yaşayan Rahimə Məmmədova evdən çıxmış və geri qayıtmamışdır. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının səyi nəticəsində R.Məmmədova iyunun 27-də geri dönmüşdür.

İyunun 27-də B.Bağırova küçəsində naməlum şəxs şəxsi münasibətlər zəminində Bakı şəhər sakini Heydər Mehdiyevə bıçaq xəsarətləri yetirmişdir. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini İmran Əsədov iyunun 27-də yaxalanmışdır.