Pedro Enrike PAOK-a dönəcək

pedro-enrike-paok-a-donecek
Oxunma sayı: 1087

“Azərbaycan çempionu olduğumuza görə xoşbəxtəm. Bu, mənim üçün çox vacib tituldu”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın braziliyalı futbolçusu Pedro Enrike Yunanıstan mətbuatına açıqlamasında bildirib.

Yarımmüdafiəçi Azərbaycan təmsilçisnə Çempionlar Liqasında kömək etmək üçün və mükafat qazanmaq üçün gəldiyini söyləyib: "Gözəl kollektivimiz var. Komanda yoldaşlarıma görə çox şadam. "Qarabağ" yeni mövsümdə də avrokuboklarda uğurlu nəticələr əldə etməyə çalışacaq".
 
Müqaviləylə PAOK-a məxsus olan Pedro "Qarabağ"la icarə müqaviləsi cari mövsümün sonunda bitəcək. Legioner Saloniki klubu barədə danışmağa çətinlik çəkdiyini deyib: "Çünki bu, mənim işim deyil. Məsələ klublar arasında həll olunur. Mövsüm başa çatdıqdan sonra Salonikiyə gedəcəm və PAOK rəhbərliyi ilə danışığımız olacaq. "Qarabağ"a böyük hörmətim var, amma müqavilə ilə yunan klubuna məxsusam".