“Pegasus”un pilotu huşunu itirdi, təyyarə geri qaytarıldı - Video

pegasusun-pilotu-husunu-itirdi-teyyare-geri-qaytarildi
Oxunma sayı: 2386

“Pegasus” hava yollarına məxsus “İstanbul-Vyana reysini həyata keçirən təyyarədə kapitan pilot huşunu itirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, “Boeing 737” laynerinin ikinci pilotu vəziyyəti bildirərək təyyarəni geri qaytarıb və təcili olaraq sərnişinlərin təxliyyəsini istəyib.

Sabiha Gökçen hava limanında eniş edən təyyarənin pilotuna təcili yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.