Pekində koronavirusdan ilk ölüm hadisəsi - Əhali təşvişdədir

pekinde-koronavirusdan-ilk-olum-hadisesi
Oxunma sayı: 2107

Çinin paytaxtı Pekində yeni növ koronavirusdan ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu isə 22 milyonluq paytaxt əhalisini təşvişə salıb. Məlumata görə, 8-15 yanvar tarixlərində Uxan şəhərində olan 50 yaşlı şəxsə yanvarın 22-də 2019-nCoV diaqnozu qoyulub. Xəstə heç bir müalicəyə cavab vermədiyindən getdikcə halı pisləşib və dünyasını dəyişib.

Bundan başqa, Pekində daha 80 nəfərdə koronavirus aşkarlanıb. Onların 14-nün vəziyyəti ciddidir.

Qeyd edək ki, Çində virusa yoluxanların sayı 2 min 844 nəfərə yüksəlib. 82 nəfər isə dünyasını dəyişib.