Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi

pele-novbeti-defe-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1542

Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Paulodakı “Albert Eynşteyn” klinikasına yerləşdirilib.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.

Xatrıladaq ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Həmin əməliyyatdan sonra Pele tez-tez xəstəxanaya yerləşdirilir.