Dünya futbolçunun canlı əfsanəsi Peledə yeni xəstəlik aşkarlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir müddətdir bağırsaq xərçəngindən müalicə alan 81 yaşlı braziliyalı keçmiş hücumçuya sidik yollarının infeksiyası diaqnozu qoyulub.
O, Braziliyada San-Paulu xəstəxanasında müalicə alır.
Pele sentyabr ayında aşkar edilən şişin müalicəsini davam etdirmək üçün fevralın 13-də San-Pauludakı xəstəxanaya yerləşdirilib. Bundan 8 gün sonra həkimlər müayinə zamanı Pelenin sidik yollarında infeksiya olduğunu bildiriblər.
Son xəbərlər
Son Xəbərlər