Peledən sonra DÇ-nin tarixinə düşdü

Peledən sonra DÇ-nin tarixinə düşdü
Oxunma sayı: 4057

İspaniya millisinin yarımmüdafiəçisi Qavi dünya çempionatları tarixində qol vuran ikinci ən gənc futbolçu olub.

“Qafqazinfo” xəbər verir ki, o, buna Kosta Rika ilə qrup mərhələsinin matçında nail olub. 

Qavi 18 yaş 110 günlüyündə fərqlənib. 

Rekord isə Braziliya yığmasının və dünya futbolunun əfsanəsi Peleyə məxsusdur. “Sambaçı” 1958-ci ildə İsveçrə ilə matçda fərqlənərkən 17 yaş 249 günlüyündə olub.