Pelenin anası öldü

pelenin-anasi-oldu
Oxunma sayı: 3469

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, 101 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında 82 yaşında vəfat edib. O, 3 dəfə dünya çempionu olan yeganə oyunçu olub.