Pelosi Asiya turunu başa vurdu

Pelosi Asiya turunu başa vurdu
Oxunma sayı: 1053

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yaponiyanı tərk edib, Asiya turunu başa vurub.

Bu barədə “Qafqazinfo” “Nikkei” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Pelosi Tokioda bir sıra görüşlər keçirib. O, Baş nazir Fumio Kişida və parlamentin aşağı palatasının spikeri Hiroyuki Hosoda ilə danışıqlar aparıb.

Qeyd edək ki, Pelosi Asiya turu çərçivəsində Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər edib. O, Malayziyadan Tayvana uçub. Çin hakimiyyəti Pelosinin adaya gəlişini daxili siyasətə müdaxilə kimi qiymətləndirib və ona və onun yaxın qohumlarına qarşı sanksiyalar tətbiq edib.