Pelosinin kreslosunda oturan şəxs saxlanıldı

pelosinin-kreslosunda-oturan-sexs-saxlanildi
Oxunma sayı: 2341

Kapitoli binasında iğtişaşlar zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin kabinetinə daxil olan və onun kreslosunda oturaraq ayaqlarını yazı masasına uzadan kişi polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “NBC” telekanalı xəbər verib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, söhbət Arkanzas ştatında yaşayan 60 yaşlı Riçard Barnettdən gedir. Barnett bu ştatda saxlanılıb. Ona qarşı dövlət mülkiyyətinin zorla mənimsənilməsi və oğurlanması ittihamları irəli sürülüb.