Pənah Hüseyn iqtidar-müxalifət dialoqundan danışdı

penah-huseyn-iqtidar-muxalifet-dialoqundan-danisdi
Oxunma sayı: 1641


“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, bugünkü görüş çox mühüm idi: ”Çünki ikinci dəfə baş verirdi. Birinci görüş siyasi partiyaların təşəbbüsü ilə baş tutdusa,bu görüş PA-nın təşkilatçılığı ilə baş tutdu. Bu görüşün tam çəkidə olması da hakimiyyətin siyasi partiyalarla, müəyyən mənada iqtidarın müxalifətlə dialoqu adlandırmaq olar. Biz fikrimizi ifadə etdik ki, bu görüşdə iştirak etməyən bir sıra siyasi partiyaların da bu görüşə qatılması və iştirakı faydalı olardı. Bəziləri dəvət olunub iştirak etməyib, bəziləri isə dəvət olunmayıb. Bildirdik ki, dəvət olunmayan heç bir partiya qalmasın. Görüşdə bütün spektr müzakirə olundu. Qarabağ məsələsindən başlayaraq, siyasi məhbus, seçki məsələsi, partiyaların fəaliyyəti üçün normal şəraitin yaradılması ilə bağlı qarşılıqlı diskusiyyada PA-nın məsul işçiləri tərəfindən bildirildi ki,  məsələlər ölkə prezidentinə çatdırılacaq. Görüşün əhəmiyyəti barədə isə məncə nəticələrdən sonra fikir yürütmək doğru olardı”. 

Görüşün gündəliyində hansı məsələlərin olduğuna gəlincə isə, P. Hüseyn bildirib ki, növbəti toplantının əsas mövzusu seçki məsələsi olacaq:” İqtidarla burada iştirak edən partiyalar arasında fikir ayrılıqlarının olması normal məsələdir. Biz hazırkı vəziyyəti avtoritar idarəçilik kimi dəyərləndiririk. Ölkədə azad olmayan vəziyyətin olduğunu bildiririk. İqtidar isə ölkədə demokratiyadan danışır. Ən böyük fikir ayrılığı isə bundan ibarətdir”.

Günel