Pənahəli xanın nəslinin davamçıları niyə İspaniyaya köçüb? - Video

penaheli-xanin-neslinin-davamcilari-niye-ispaniyaya-kocub
Oxunma sayı: 3421

Qarabağ xanı Pənahəli xanın nəslinin davamçısı olan Əkbərovlar ailəsi İspaniyanın paytaxtı Madrid şəhərində yaşayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu bu günlərdə İspaniyaya ezam olunub və ailənin qonağı olub.

Verilişdə xan nəslindən olan ailənin taleyi, o cümlədən Azərbaycandan köçmə səbəbləri, övladlarının təhsil imkanları barədə danışılıb, milli adət-ənənələrimizə, islam dəyərlərinə bağlılıqlarına geniş yer verilib.

Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişi İctimai TV-də yayımlanıb. Verilişi aşağıdakı link vasitəsilə izləmək olar: