Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “İnter” - “Sumqayıt” oyunundan sonra qonaqların baş məqşçisi Samir Abbasov mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis bədlikdən gileylənib.
- Bu cür oyunlar da olur. O qədər bəd aura var ki, üzərimizdə, belə də olur. Ötən tur da Gəncə təmsilçisi ilə çoxsaylı qol imkanlarını qaçırdıq. Təki Rauf Əliyevə heç nə olmasın.
- İkinci penalti epizodunda Vaqif Cavadovla Murad Ağayev topun kimi vuracağı üstündə mübahisə etdi...
- Bizim ştat penaltiçimiz Pərdisdi. İkinci penalti isə Amil Yunanovun olmalıdı. Nə deyim, bundan sonra gərək xahiş edək ki, penalti vurmaq üçün bizə 2 top versinlər.
Son xəbərlər
Son Xəbərlər