Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç dünya çempionatının finalında Fransaya uduzduqları matçı şərh edib. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis nəticə ilə fəxr etdiyini bildirib:
“İlk iki qol çox qəribə oldu. Xüsusən penaltidən buraxdığımız qol bizə təsir etdi. Bundan sonra bir az toparlanmaq çətin oldu. Çox üzülürük, amma Xorvatiya tarixinin ən böyük qələbəsinə imza atmışıq. Bunun üçün də fəxr edə bilərik. Futbolçularıma təşəkkür edirəm. Bu gün matçda da əla çıxış etdik”.
Son xəbərlər
Son Xəbərlər