Pəncərə silən 29 yaşlı qadın yıxılıb öldü

pencere-silen-29-yasli-qadin-yixilib-oldu
Oxunma sayı: 4780

Pirallahı rayonunda gənc qadın bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, 29 yaşlı İlahə Hacıyeva yaşadığı mənzilin pəncərəsini silərkən yıxılıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin ehtiyatsızlıq, yoxsa cinayət olduğunu müəyyən etmək məqsədi ilə rayon prokurorluğunda araşdırma aparılır.