Pəncərədən yarımtikiliyə yıxıldı - Video

pencereden-yarimtikiliye-yixildi
Oxunma sayı: 1762

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində vətəndaş yarımtikiliyə yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, 1987-ci il təvəllüdlü Orxan Həşimov yaşadığı fərdi yaşayış evinin yanında giriş qapısı olmayan yarımtikiliyə pəncərədən yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə pəncərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.