Pəncərəni yumruqlaması ölümünə səbəb oldu

pencereni-yumruqlamasi-olumune-sebeb-oldu
Oxunma sayı: 4236

Şəkidə bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Baş Zəyzid kənd sakini, 1990-cu il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu saat 20:00 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.

Nəticədə şüşə onun qolunu kəsib.

P.Babayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.