Astara rayonu Hamuşam kənd sakini Ş.Əşrəfov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilib və o saxlanılıb. Oğurladığı 612 manat götürülərək sahibinə qaytarılıb.
Son xəbərlər
Son Xəbərlər