Onda vəkil gənc məhbusun üç gündür aclıq etdiyini demişdi.
“Qafqaznfo”nun xəbərinə görə, iyulun 17-də “Media forum” saytı məsələ ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu verib.
İyulun 18-də ictimaiyyətlə əlaqələr şöbəsi saytın sorğusunu cavablandırıb: “Təqsirləndirilən şəxs Orxan Eyyubzadənin saxlanma şəraitinə etiraz əlaməti olaraq Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirməsi ilə bağlı vəkili Əsabəli Mustafayevin verdiyi məlumatlar həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxs Orxan Eyyubzadə istintaq hərəkətləri ilə bağlı hazırda Bakı İstintaq Təcridxanasında saxlanılmır.
Bununla belə, 28 may 2014-cü ildən Bakı İstintaq Təcridxanasında olduğu qısa müddət ərzində Orxan Eyyubzadə qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxslər üçün müəyyən edilmiş bütün hüquqlardan tam istifadə edib. Ailə üzvləri və yaxın qohumları ilə 6 dəfə maneəsiz görüşüb, telefon danışıqları vasitəsilə yaxınları ilə əlaqə saxlayıb.
Saxlanıldığı kamera ilə bağlı vəkili tərəfindən yayılan həqiqətə uyğun olmayan məlumat isə Orxan Eyyubzadənin saxlanıldığı kameranın əsassız olaraq dəyişdirilməsi və qanunda nəzərdə tutulmayan əlavə imtiyazlar əldə etmək istəyindən, eləcə də gündəmdə qalmaq maraqlarından irəli gəlir.
Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təqsirləndirilən şəxs Orxan Eyyubzadə dəfələrlə həkim müayinəsindən keçirilib və səhhətində heç bir problem aşkar edilməyib”.
Orxan Eyyubzadə bu il mayın 6-da bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Mayın 26-da həbs cəzası bitsə də, həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində həbs qətimkan tədbiri seçib. İşi Binəqədi Rayon Prokurorluğu aparır.
İyulun 17-də Orxan Eyyubzadə istintaq hərəkətləri ilə bağlı olaraq Binəqədi Rayon Polis İdarəsinə köçürülüb.
Son xəbərlər
Son Xəbərlər