Penitensiar Xidmətdən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Cəza İcra Qanunvericiliyinin tələblərinə görə, cəzanı icra edən orqan cəza çəkən şəxsin yerdəyişmələri, barəsində tətbiq olunan tənbeh tədbirləri və s. haqda məlumatları KİV-ə vermək səlahiyyətində deyil: “Bu məlumatları məhkumun razılığı ilə yalnız onun vəkili və ailə üzvləri əldə edə bilərlər.
Hər hansı məhkumun barəsində çıxarılmış tənbeh tədbirindən narazılığına gəlincə isə AR Cəza İcra Qanunvericiliyinə görə, onun bununla bağlı cəzanı icra edən müəssisə rəhbərliyinin qərarından məhkəməyə müraciət etmək hüququ var. Tətbiq olunmuş tənbeh tədbirinin səbəbləri cəzanı icra edən orqan yalnız məhkəmə orqanı qarşısında aydınlıq gətirməyə borcludur”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər