Birliyin rəhbəri Elşən Həsənov “Qafqazinfo” ya açıqlamasında bildirib ki, Xidmətin belə reaksiya verəcəyi aydın məsələdir: “Bizim mühafizə orqanları vətəndaşın hüquqlarını bərpa etməkdənsə, oliqarxların tərəfini saxlayırlar. Onlara heç bir cəza verilmir. Yalnız kasib təbəqəyə adi vətəndaşlara əziyyət verməklə məşğuldurlar. Halbuki qanun qabağında hamı eyni olmalıdır. Əfsuslar olsun ki, bizim ölkədə hüquq adlı bir şey yoxdur. Ədliyyə Nazirliyindən şikayət etmək üçün onun tabeliçiyində olan məhkəmələrə, Apelyasiya Məhkəməsinə müraciət edə bilərsən. Bunlar da bir- birinin tərəfini saxlayır”
Elşən Həsənov qeyd edir ki, birinci dəfə deyil ki müraciətdə adlar çəkirlər: “Konkret olaraq bir neçə dəfə cəzaçəkmə müəssisələrində ölüm halları ilə bağlı məlumat vermişik. Bir nəfər məsuliyyətə cəlb olunubmu? Yox. İki gündən bir yazırlar ki, Ziya Məmmədovun qoçuları vətəndaşı döydü? Amma kimsə cəzalandırılıbmı? Yox. Bu da həmin məsələdir”.
Günel
Son xəbərlər
Son Xəbərlər