Penitensiar Xidmətin mətbuat katibi işdən çıxdı

penitensiar-xidmetin-metbuat-katibi-isden-cixdi-
Oxunma sayı: 2367

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat katibi Yaşar İsakov vəzifəsindən azad edilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Y.İsakov özü məlumat yayıb. O bildirib ki, bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərəcək: “Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqiı jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı. Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. Bir müddət əvvəl fəaliyyətini dondurduğum Press24.az saytını bərpa etmək fikrindəyəm”.

Murad Əhməd