“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib. Təcridxanada saxlanılan Bayramov Rəsul Qəfər oğlu ilə vətəndaş Qədirova Bahar Həsən qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar xidmət tərəfindən şərait yaradılıb. 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Ailə quran məhkumlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər