Pensilvaniyada atışma

pensilvaniyada-atisma
Oxunma sayı: 848

ABŞ-ın Pensilvaniya ştatında atışma baş verib.

“Qafqazinfo” yerli KİV-lərə istinadən xəbər verir ki, nəticədə 5 nəfər dünyasını dəyişib və bir neçə nəfər xəsarət alıb. Hadisə Uilkinsburq şəhərində baş verib.

Şəhərin WPXI radiostansiyası yaydığı məlumatda qeyd edib ki, ölənlərdən 4-ü qadın, 1-i isə kişidir. İnsidenti törədən şəxsləri yaxalamaq hələlik mümkün olmayıb.

"20 güllə səsi eşitmişəm"- bu sözləri radioya danışan yerli sakin Kayla Aleksandra deyib.

Polis orqanlarının yaydığı məlumatda isə iki nəfərin xəsarət aldığı qeyd olunub.

Aysel