Pensiya artımları nə vaxt veriləcək?

pensiya-artimlari-ne-vaxt-verilecek
Oxunma sayı: 5175

Gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.

“Qafqazinfo” xəbər verir ki, həmin artımlar iki istiqamətdə olacaq. 

Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.