“Pensiya sahəsində Avropa təcrübəsi lazım deyil”

pensiya-sahesinde-avropa-tecrubesi-lazim-deyil
Oxunma sayı: 2973

Milli Məclisdə Azərbaycanda kişilər üçün pensiya yaşının 60, qadınlar üçün isə 50 olmasını təklif edilib.

“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə deputat Fəzail Ağamalı çıxış edib.

“Azərbaycanda ictimai rəy indiki pensiya həddini qəbul etmir. Bizə bununla bağlı kifayət qədər məlumatlar gəlir. 60 yaş kişilər üçün, 50-55 yaş qadınlar üçün ən optimal yaş həddidir. Nəzərə alsaq ki, insan 25 yaşından sonra işləməyə başlayır, 40 yaşına qədər çalışır, 65 yaşında pensiyaya çıxır. 3, ya 5 il, maksimum 10 il təqaüd alır. Hardadır burada ədalət? Hardadır haqq?”, - millət vəkili qeyd edib.

Fəzail Ağamalı əlavə edib ki, bu sahədə dünyanın, Avropanın təcrübəsini kor-koranə tətbiq etmək lazım deyil: “Azərbaycan reallıqları nəzərə alınmalıdır”.

Eldar Tanrıverdi