Pensiya yaşı dəyişməyəcək

pensiya-yasi-deyismeyecek
Oxunma sayı: 640

«Dövlət Sosial Müdafiə Fondunun hesablamalarına görə, 2020-ci ilədək hazırda müəyyən edilmiş pensiya yaşının saxlanılması məqsədəuyğundur. Yəni, pensiya yaşı kişilər üçün 63 yaş, qadınlar üçün isə 60 yaş səviyyəsində saxlanılmalıdır».

S.Müslümov bildirib ki, hesablamalara əsasən, 2020-ci ildə ölkə vətəndaşlarının pensiya sistemində olma müddəti (yəni, pensiyaya çıxandan sonra ömür müddəti) 16,4 il təşkil edəcək ki, kişilər üçün bu müddət 10 il, qadınlar üçün isə 21 il təşkil edəcək. DSMF-nin digər hesablamalarına görə, 2020-ci ildə ölkədə kişilərin orta ömür uzunluğu 73 il, qadınların isə 81 il təşkil edəcək.