Pensiyaçıların sayı açıqlanıb

pensiyacilarin-sayi-aciqlanib
Oxunma sayı: 3758

2022-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1197 min nəfər olmaqla, ölkə əhalisinin 11,9 faizini təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmin dövrə 397 min nəfər sosial müavinət, 299,2 min nəfər isə Azərbaycan Prezidentinin təqaüdünü alıb.

2021-ci il ərzində birdəfəlik müavinət alanların sayı 83,4 min nəfər olub.