Pensiyalar bu tarixdə ödəniləcək

pensiyalar-bu-tarixde-odenilecek
Oxunma sayı: 9138

Respublika üzrə pensiyaların ödənilməsi yanvarın 17-si tarixinə nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan “Qafqazinfo”ya bildirilib. Məlumata görə, eyni zamanda, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.