Pensiyaların orta aylıq məbləği bu qədərdir

pensiyalarin-orta-ayliq-meblegi-bu-qederdir
Oxunma sayı: 4026

Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, eyni zamanda, sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar pensiya təminatında artım tempinin davam etməsinə şərait yaradıb.

Bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 2018-cı il 1 iyul tarixinə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.

Qeyd edək ki, 2018-cı il 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfər təşkil edir.