Pentaqon ABŞ-ın Suriyadakı hərbi obyektə aviazərbələrini təsdiqlədi

Pentaqon ABŞ-ın Suriyadakı hərbi obyektə aviazərbələrini təsdiqlədi
Oxunma sayı: 1106

Pentaqon ABŞ-ın Suriyada İranın Silahlı Qüvvələrinə aid olduğu bildirilən obyektə aviazərbə endirməsini təsdiqləyib.

“Qafqazinfo” bildirir ki, bu barədə Pentaqon başçısının ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbinin “TASS”a daxil olan bəyanatında deyilir.

“Zərbələr İraqda ABŞ və koalisiya nümayəndələrinə qarşı bu yaxınlarda edilən hücumlara cavab oldu, həmçinin onlara qarşı davam edən təhdidlərlə əlaqədar endirildi”, - mətndə qeyd olunur.

Çoxsaylı iranpərəst qruplar, o cümlədən “Kətaib Hizbullah” və “Kətaib Səyid əş-Şühəda” tərəfindən istifadə olunan nəzarət-buraxılış məntəqəsindəki bir neçə obyekt zərbələrlə dağıdılıb.

“Bu mütənasib hərbi cavab diplomatik tədbirlərlə yanaşı, koalisiya tərəfdaşları ilə məsləhətləşmələr də daxil olmaqla verilib”, - bəyanatda bildirilir.

Kirbinin sözlərinə görə, bu əməliyyat Prezident Baydenin ABŞ və koalisiya hərbçilərini müdafiə edəcəyi barədə aydın siqnal göndərir.