Pentaqon Almaniyada ukraynalı hərbçilərə təlim keçir

pentaqon-almaniyada-ukraynali-herbcilere-telim-kecir
Oxunma sayı: 1471

Pentaqon Ukrayna ordusunun hərbi qulluqçularına təlim keçməyə başlayıb.

“Qafqazinfo” “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi Con Kirbi açıqlayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilərə əsas olaraq Kiyevə verilən Qərb silah sistemləri ilə davranış qaydaları öyrədilir.

Təlim Almaniyada yerləşən ABŞ hərbi bazalarında keçirilir.