ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bütün hərbi və mülki personalından koronavirus vaksini vurdurmasını tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Bildirilib ki, vaksinasiyadan keçməyənlər maska və fiziki məsafə qaydalarına tabe olmalı, mütəmadi olaraq testdən keçməli və rəsmi səyahət yasaqlarına tabe olmalıdırlar.
Bundan başqa, koronavirus vaksini hərbi sistemdə məcburi olan peyvəndlər siyahısına daxil ediləcək.
Son xəbərlər
Son Xəbərlər