“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Carter-in səfərini təhlilçilər İranla nüvə sövdələşməsinin əldə edilməsindən sonra ABŞ administrasiyasının Yaxın Şərq müttəfiqlərində yaranmış narahatlıq hissini dağıtmaq cəhdi kimi izah edirlər.
Bazar günü və Bazar ertəsi ABŞ Müdafiə nazirinin İsrail rəsmilərilə danışıqları nəzərdə tutulub.
Çərşənbə axşamı Pentaqon rəhbəri İsrail baş naziri Benijamin Netanyahu ilə görüşəcək.
ABŞ Müdafiə naziri eləcədə Sədüdiyyə Ərəbistanı və İordaniya da baş çəkməlidir.
Ötən çərşənbə günü İran və "altılıq" dövlətrləri arasında Vyanada keçirilmiş danışıqların yekununda razılıq əldə olunmuşdu.
Həmin razılığa əsasən, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində, Qərb ölkələri İrana qarşı sanksiyaların aradan götürüləcəyi barədə razılığa gəliblər.
Son xəbərlər
Son Xəbərlər