Pentaqon Qarabağ bəyanatına münasibət bildirdi

pentaqon-qarabag-beyanatina-munasibet-bildirdi
Oxunma sayı: 4196

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının yekunlarına əsasən Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair əldə edilən razılaşmalara hazırda əməl edilir və Amerika tərəfi hadisələrin bu cür inkişafını alqışlayır.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Xoşbəxtlikdən, deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında, göründüyü kimi, bu mərhələdə riayət edilən sülh razılaşması var”, - o deyib.