Pentaqon rəhbəri Gürcüstanda səfərdədir

pentaqon-rehberi-gurcustanda-seferdedir
Oxunma sayı: 898

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Pentaqon rəhbəri öz tviter hesabında paylaşıb.

Ostin Gürcüstana səfəri çərçivəsində ölkənin Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşlər keçirəcək.

Tərəflər görüşlər zamanı ABŞ və Gürcüstan arasında əməkdaşlıq məsələləri, həmçinin qlobal təhlükəsizlik və regional məsələləri müzakirə edəcəklər.

L. Ostin Gürcüstandan sonra Ukrayna, Rumıniya və Belçikaya səfər edəcək.